
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ nümayəndə heyətini xəbərdar edərək bildirib ki, Venesuela Amerika üçün yeni Vyetnama çevrilə bilər.
APA xəbər verir ki, bu barədə Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov ölkəsinin “Pervıy” telekanalına müsahibəsində danışıb.
“Prezident xəbərdarlıq etdi ki, Amerikanın belə bir müharibəyə cəlb olunması, əslində, ABŞ üçün Vyetnam ssenarisinin təkrarı demək olacaq”, – Rıbakov vurğulayıb.

