Narkotikə görə həbs edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib, prokurorluq araşdırma aparır

Baş səhifə

Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib.

APA xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.

Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Elbəyi Kərimli 2024-cu ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilib.