Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələr Çindən daxil olan kiçik
bağlamalara vergi tətbiqi ilə bağlı razılığa gəlib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, məqsəd Çindən gələn ucuz mal axınının qarşısını
almaqdır.
2026-cı il iyunun 1-dən etibarən İttifaq ərazisinə Çindən daxil
olan bağlamalara azı 3 vergi tətbiq ediləcək. Bir bağlamada
müxtəlif mallar olduğu təqdirdə hər məhsula ayrı-ayrılıqda vergiyə
cəlb ediləcək.
2024-cü ildə Avropa İttifaqına hər birinin dəyəri 150 avrodan
aşağı olan 4,6 milyard ədəd bağlama daxil olub. Onların 91 faizi
Çindən gəlib.

