Bəzi ərazilərdə sulu qar yağacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci
yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat
yayıb.




Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa
müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın
temperaturu ötən günlərlə müqayisədə 5 dərəcədən 7 dərəcəyə qədər
aşağı enəcək.