Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü
ilə əlaqədar olaraq Minsk şəhərində yerləşən Belarus Milli
Kitabxanasının binası Azərbaycan Respublikasının dövlət bayrağının
rəngləri ilə işıqlandırılıb.

Trend Belarus
Milli Kitabxanasının binasının fotosunu təqdim edir.

Qeyd edək ki, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin vəfatından 22 il ötüb.