Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb – DİN

Baş səhifə

Bakı. Trend:

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki
dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat
yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 260, o
cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.