Rusiyada 5,8 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarı ərazisində 5,8 bal gücündə zəlzələ
qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka şöbəsinin “Telegram” kanalında
bildirilib.




Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 271 km məsafədə baş
verib. Zəlzələnin episentri 69,5 km dərinlikdə yerləşib.