Almaniya kansleri Zelenski ilə görüş keçirəcək

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts dekabrın 15-də Berlində
Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı
danışıqlar aparacaq və daha sonra bir sıra Aİ və NATO liderləri
müzakirələrə qoşulacaq.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Almaniya
hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius deyib.




“Almaniya kansleri Fridrix Merts bazar ertəsi günü Volodimir
Zelenskini Almaniya-Ukrayna iqtisadi danışıqları və Ukraynada sülh
danışıqlarının gedişatı ilə bağlı fikir mübadiləsi aparmaq üçün
qəbul edəcək. Axşam saatlarında müzakirələrə çoxsaylı Avropa dövlət
və hökumət başçıları, eləcə də Aİ və NATO liderləri qatılacaqlar”,
– deyə Ş.Kornelius qeyd edib.

Daha əvvəl “Bild” qəzeti V.Zelenskinin dekabrın 15-də F.Merts
ilə görüşmək üçün Berlinə gələcəyini bildirib.. Ukraynadakı
nizamlama ilə bağlı “Avropa üçlüyü” formatında (Almaniya, Böyük
Britaniya və Fransa) danışıqların aparılması da planlaşdırılır.