Azərbaycanda təbii qaz hasilatı artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 46,451 milyard
kubmetr təbii qaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
418 milyon kubmetr və ya 0,9 faiz çox olub.

Ötən ilin ilk on bir ayında təbii qaz hasilatı 46,033 milyard
kubmetr təşkil edib.




Hesabat dövründə 35,508 milyard kubmetr əmtəəlik təbii qaz hasil
olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 392 milyon
kubmetr və ya 1,12 faiz çoxdur.

Ötən ilin ilk on bir ayında 35,115 milyard kubmetr əmtəəlik
təbii qaz hasil edilmişdi.

Qeyd etmək lazımdır ki, hesabat dövründə mədənçıxarma
sənayesində ümumi istehsal həcmi 34,8 milyard manat olub ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.