Bu ilin 11 ayı ərzində pərakəndə ticarət şəbəkəsində əhaliyə satılan məhsulun dəyəri açıqlanıb

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət
şəbəkəsində əhaliyə 58571,3 milyon manatlıq məhsul satılıb xidmət
subyektləri tərəfindən 13233,4 milyon manatlıq ödənişli xidmət
göstərilib.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.




Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə
dövriyyəsi 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə
olunan gəlir 8,9 faiz artıb. Ticarət şəbəkəsində 31937,1 milyon
manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26634,2
milyon manatlıq qeyri-ərzaq malları satılıb.