Bakı. Trend:
Ukrayna hökuməti Donbasda demilitarizasiya olunmuş bufer
zonasının yaradılması ideyası ilə razılaşır. Lakin bunun üçün
hazırkı cəbhə xətti boyunca qüvvələrin qarşılıqlı şəkildə geri
çəkilməsinin zəruri olduğunu hesab edir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sözügedən müddəa Birləşmiş Krallıq, Fransa və
Almaniyanın dəstəyi ilə Kiyev tərəfindən hazırlanmış və yaxınlarda
ABŞ-yə təqdim olunmuş 20 bəndlik yeni sülh planında əks olunub.
Kiyevin mövqeyinə görə, belə bir zonanın yaradılması həm
Ukrayna, həm də Rusiya qoşunlarının hazırkı cəbhə xəttinin hər iki
tərəfində geri çəkilməsini tələb edəcək.

