
Xocalı.Trend:
Dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində Ümumilli Lider
Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası
keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220
ağac əkilib.
Aksiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli,
xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və
Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan
Həşimov, Memorialın baş hakim Rauf Hacılı, Vüqar Həşimov Fondunun
direktoru Anar Allahverdiyev də içtirak edib.
Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata
keçirilib.
Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması
sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın
ifadəsi kimi dəyərləndirilib.

