
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp hələ Tailand və Kamboca rəhbərləri
ilə əlaqə saxlamayıb, lakin yaxın vaxtlarda bunu etməyi
planlaşdırır. Vaşinqton Administrasiyası isə iki ölkə arasında
artan gərginlik fonunda vəziyyəti diqqətlə izləyir.
Trend xəbər verir ki, bu
barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
“Prezident hələ bu telefon danışıqlarını həyata keçirməyib və
bunu etdikdə, əminəm ki, siz bunu birbaşa ondan eşidəcəksiniz”, – o
qeyd edib. Tailand və Kamboca arasındakı münaqişənin daha da
gərginləşməsinə toxunan Levitt əlavə edib: “ABŞ Administrasiyası,
təbii ki, vəziyyəti ən yüksək səviyyədə nəzarətdə saxlayır və
prosesdə tam şəkildə iştirak edir.”

