ABŞ BMT-də Ukraynanın qətnaməsinin əleyhinə səs verib

Baş səhifə

Bakı. Trend:

ABŞ nümayəndələri BMT Baş Assambleyasında keçirilən səsvermə
zamanı Çernobıl fəlakətinin uzunmüddətli fəsadlarına dair
Ukraynanın təqdim etdiyi qətnamənin əleyhinə səs veriblər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Sənədə qarşı bundan başqa Rusiya, Belarus, Çin, Şimali Koreya,
Nikaraqua və Nigeriya səs verib.




Qeyd olunur ki, qətnamə 97 ölkənin lehinə verdiyi səslə qəbul
olunub. 39 ölkə səsvermədə iştirak etməkdən imtina edib.

Təşəbbüs nüvə təhlükəsizliyi sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsini nəzərdə tutur.