Keşikçidağ Dövlət tarix – mədəniyyət qoruğunda kurqan aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Şamil Nəcəfovun rəhbərliyi ilə Keşikçidağ Dövlət tarix –
mədəniyyət qoruğunun ərazisindəki arxeoloji qazıntılar Ceyrançölün
Yovşanlıdərə adlanan hissəsində reallaşdırılıb.

Trend xəbər
verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya
İnstitutunun hesabatında qeyd olunub.




Hesabata görə, bu il aparılan tədqiqatlar zamanı qoruq
ərazisində ilk dəfə orta tunc dövrünə aid kurqan aşkar edilib və
qazılıb. Bu da ərazidə kurqan dəfnlərinin orta tunc dövründən icra
edilməyə başladığını sübut etmişdir.