
Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda hüquq mühafizə
orqanlarının iki fərqli ünvanda keçirdiyi əməliyyatda ümumilikdə 92
kiloqram 350 qram metamfetamin (narkotik maddə-red.) ələ
keçirilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Polis İdarəsinin Narkotik
Cinayətlərə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları narkotik
vasitələrin istehsalının qarşısının alınması, ticarətinin
dayandırılması və şübhəlilərin tutulmasına yönəlmiş əməliyyatlarını
davam etdirir.
Ünvanlarda aparılan axtarışlar zamanı kristal halında 23 paket –
ümumilikdə 21 kilo 800 qram çəkidə və maye halında 70 kilo 550 qram
metamfetamin aşkarlanaraq müsadirə olunub.
N.E. adlı şübhəli şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.


