Bakı. Trend:
Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o
cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər
hazırlanacaq.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası
sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında
öz əksini tapıb.
Ekspert peşəsinin xüsusiyyətləri nəzərə alınaraq onların sosial
müdafi əsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının
qiymətləndirilməsi məqsədilə təkliflər hazırlanması, toplanmış
təkliflər əsasında müvafiq normativ hüquqi akt layihələrinin
hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, məhkəmə ekspertlərinin
sosial rifahının yaxşılaşdırılması, rəqabətədavamlı əməyin ödənişi
sisteminin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyəti
sahəsində dayanıqlı inkişaf təmin edilməsi planlaşdırılır.

