Bakı. Trend:
Özəl məhkəmə ekspertizası institutunun tətbiqinə
başlanılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası
sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında
öz əksini tapıb.
Mümkün risklər, o cümlədən özəl məhkəmə ekspertlərinin
fəaliyyətində təşkilati və metodiki çatışmazlıqlar nəzərə alınmaqla
təcrübədə daha çox ehtiyac duyulan fəaliyyət sahələrinin müəyyən
edilməsi, peşəkar kadrların özəl məhkəmə eksperti qismində
fəaliyyət göstərməyə cəlb edilməsi üçün təşviqat-təbliğat
tədbirlərinin görülməsi, özəl məhkəmə ekspertlərinin fəaliyyətə
başlaması, özəl məhkəmə ekspertizası institutunun səmərəli
fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində
alternativliyin təmin edilməsi planlaşdırılır.

