Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.
“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bununla kəndə köçürülən ailələrin sayı 93-ə (341 nəfər) çatıb.
Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.
“Report” Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 14 ailə (51 nəfər) köçürülüb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

