Bakı.Trend:
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad
Daşdəmirov həbs edilib.
Trend-in
məlumatına görə, R.Daşdəmirov xüsusilə külli miqdarda
qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda
ittiham edilir.
Ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və
308.2-ci maddələri üzrə ittiham elan olunub.

