İtkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu

Baş səhifə

Astarada itkin düşdükləri ehtimal olunan balıqçıların axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Məlumatda qeyd olunub ki, itkin düşdükləri hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri də axtarışlara cəlb olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.