
Bakı. Trend:
Sığorta ödənişləri hər bir sığorta şirkətinin iş keyfiyyətinin
ən mühüm göstəricilərindən biridir.
A-Qroup onkoloji xəstəliyi və metastazları olan sığortalı
müştərinin həyatı üçün mübarizə aparır. Müalicə müddətində şirkət
artıq ölkə daxilində 49.000 AZN-dən çox ödəniş edib. Müalicə davam
etdikcə sığorta şirkəti ödənişləri mərhələli şəkildə həyata
keçirir. Sığortalıya maliyyə dəstəyinin göstərilməsi A-Qroup
Sığorta Şirkətinin prioritetidir.
Qarşıda hələ aylarla müalicə var. Hamımız inanırıq və ümid
edirik ki, hər şey yaxşı bitəcək!
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir.
Şirkət artıq 30 ildir ki, sığorta bazarında uğurla fəaliyyət
göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta
tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin
ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir.
A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş
sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək
ixtisaslı xidmətlər göstərir.


