Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAH

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə
ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac
olunmuş, 170 ölkədən idxal olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük
rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla
2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət
dövriyyəsi 39,914 milyard ABŞ dolları təşkil edib. Ticarət
dövriyyəsinin 20,689 milyard dollarını və ya 51,8 faizini ölkədən
ixrac olunmuş məhsulların, 19,225 milyard dollarını (48,2 faizini)
isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1,463 milyard
dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-oktyabr
ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə
3,9 faiz artmış, real ifadədə isə 7,9 faiz azalıb. İdxal real
ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz
məhsullarının ixracı 2,988 milyard dollar təşkil edib və 2024-cü
ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz
artıb, real ifadədə isə 17,7 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən
ölkənin xarici ticarət dövriyyəsinin 25,8 faizi İtaliya, 11,7 faizi
Türkiyə, 10,2 faizi Rusiya, 9,3 faizi Çin, 3,0 faizi Almaniya, 2,6
faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi İsveçrə, hər biri
1,9 faiz olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla
Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla Bolqarıstan və
Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya, 1,3 faizi
İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz olmaqla Portuqaliya
və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və
Hindistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət
əməliyyatlarının payına düşüb.




İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,5
faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana,
3,0 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini
Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2,0
faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş
Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla
Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya,
0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə
digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4
faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə (9,7 faiz), Gürcüstana (9,2
faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1
faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,1 faiz), Özbəkistana
(2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,7 faiz), İtaliyaya
(1,2 faiz), Almaniyaya (1,1 faiz), Çinə (1,1 faiz) göndərilmiş
malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,4 faizi Çin,
16,5 faizi Rusiya, 10,1 faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,0 faizi
Avstraliya, 3,9 faizi Birləşmiş Krallıq, 3,6 faizi Almaniya, hər
biri 2,7 faiz olmaqla Qazaxıstan və İran, 2,4 faizi İsveçrə, hər
biri 2,1 faiz olmaqla Özbəkistan və İtaliya, hər biri 1,5 faiz
olmaqla Meksika, Yaponiya, Braziliya və Cənubi Afrika Respublikası,
hər biri 1,4 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, hər
biri 1,0 faiz olmaqla Fransa və Hindistan, 0,9 faizi İspaniya, 12,4
faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına
düşüb.

2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü
ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 28,2
faiz, təzə tərəvəz – 17,9 faiz, şəkər – 58,5 faiz, siqaretlər –
35,0 faiz, kartof – 47,1 faiz, bitki yağları – 22,3 faiz, mineral
gübrələr – 8,0 faiz, polietilen – 5,2 faiz, emal olunmamış
alüminium – 48,7 faiz, sement klinkerləri – 13,8 faiz, pambıq
ipliyi – 17,8 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 1,5
faiz, meyvə və tərəvəz konservləri – 19,0 faiz, tütün – 45,7 faiz,
çay – 4,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 27,0
faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,0 faiz, pambıq lifi
– 9,8 faiz, polipropilen – 6,4 faiz, elektrik enerjisi – 34,9 faiz,
qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar –
40,2 faiz, bentonit gili – 16,4 faiz azalıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin
yanvar-oktyabr aylarında buğda idxalı 6,4 faiz, xam şəkər – 25,6
faiz, kartof – 13,8 faiz, mal əti – 2,8 faiz, təzə tərəvəz – 35,6
faiz, siqaretlər – 2,8 dəfə, minik avtomobilləri – 29,8 faiz, polad
prokatı – 0,7 faiz, avtobuslar – 2,4 dəfə, məişət kondisionerləri –
11,5 faiz, mineral gübrələr – 3,1 faiz, polietilen – 20,0 faiz,
polipropilen – 5,2 faiz, məişət soyuducuları – 11,6 faiz artmış,
bitki yağları idxalı isə 7,1 faiz, kərə yağı, digər süd yağları və
pastaları – 12,1 faiz, təzə meyvə – 14,7 faiz, şokolad və şokolad
məhsulları – 4,0 faiz, unlu qənnadı məmulatları – 2,0 faiz, çay –
5,5 faiz, quş əti və onun əlavə məhsulları – 28,9 faiz, dərman
vasitələri – 15,6 faiz, qara metallardan borular – 12,4 faiz,
hesablama maşınları, blok və qurğuları – 9,8 faiz, ayaqqabılar –
2,0 faiz, rezin şinlər – 3,1 faiz, sintetik yuyucu vasitələr – 5,8
faiz, mebellər – 0,3 faiz, yük avtomobilləri – 6,4 faiz, qara
metallardan çubuqlar – 0,9 faiz, paltaryuyan maşınlar – 11,2 faiz,
qara metallardan künclüklər – 1,9 faiz, sement – 21,8 faiz
azalıb.