UEFA Çempionlar Liqasında VI tur başa çatıb

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün yekun
vurulub.

Trend xəbər verir
ki, ikinci oyun günündə daha 9 qarşılaşma keçirilib.




Günün diqqət çəkən matçı İspaniyada baş tutub. “Real” komandası
doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” klubu ilə
üz-üzə gəlib. Eyni zamanda, “Qarabağ” komandası Bakıda “Ayaks”la
qarşılaşıb.

“Qarabağ” – “Ayaks” – 2:4
“Vilyarreal” – “Kopenhagen” – 2:3
“Atletik” – PSJ – 0:0
“Bayer 04” – “Nyukasl” – 2:2
“Benfika” – “Napoli” – 2:0
“Brügge” – “Arsenal” – 0:3
“Borussiya” – “Budyo Qlimt” – 2:2
“Yuventus” – “Pafos” – 2:0
“Real” – “Mançester Siti” – 1:2