U-17 yeniyetmə boksçular arasında Avropa çempionatı başlayıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17
Avropa çempionatı start götürüb.

Trend xəbər verir
ki, yarışda 29 ölkədən idmançılar iştirak edir.




Azərbaycan millisinin 1 üzvü ilk gündə mərhələ adlayıb. Əli
Abaslı (52 kq) 1/16 finalda İtaliya təmsilçisi Qabriel Cuffarini
üzərində 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25) hesabı ilə qələbə
qazanıb. O, növbəti görüşdə ilk mərhələdən azad olan Rumıniya
təmsilçisi İoan-Serban Stoiça ilə qarşılaşacaq. Döyüş dekabrın
12-də keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı dekabrın 17-də yekunlaşacaq.