
Bakı. Trend:
İtaliya mətbəxi rəsmi olaraq UNESCO-nun bəşəriyyətin qeyri-maddi
irsi siyahısına daxil edilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corca
Meloni bildirib.
“Biz italyanlar bu cür tanınmaya nail olmuş ilk (xalq) olduq, bu
bizim bizim kimliyimizi və bənzərsizliyimizi vurğulayır”, – deyə
siyasətçi vurğulayıb.
Qeyd edək ki, UNESCO-nun bu qərarı ilk belə qərar sayılır, belə
ki, qeyri-maddi irs siyahısına ilk dəfə ayrıca yemək kateqoriyası
deyil, bütövlükdə milli kulinariya ənənəsi daxil edilib.
Təşkilat vurğulayıb ki, İtaliya mətbəxi dayanıqlı inkişaf
prinsiplərini və biokulturoloji müxtəlifliyi özündə
birləşdirir.
Bildirilir ki, italiyan “pizzayolo” pizzası əvvəllər artıq bu
siyahıya daxil edilmişdi.

