
Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı dəyişib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.
Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika İdman Tibb Mərkəzi və şəhər tibbi-bədən tərbiyəsi dispanserləri “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin Siyahısı”ndan çıxarılıb.

