Gələn il növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək – SƏRƏNCAM

Baş səhifə
Gələn il növbəti Yüksəliş müsabiqəsi keçiriləcək - SƏRƏNCAM

2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.