
Bakı. Trend:
“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici
valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin
növləri”ndə dəyişiklik edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya
konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına
verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan
ödənişlərdən aliment tutulmayacaq.


