Bakı. Trend:
Mərakeşin Fəs şəhərində bir-birinə yaxın iki yaşayış binası
çöküb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə nəticəsində azı 19 nəfər həlak olub,
16 nəfər yaralanıb.
İnsidentin baş verdiyi binalarda səkkiz ailənin yaşadığı
bildirilir. Xilasedicilər dağıntılar altında sağ qaldığı güman
edilən sakinləri çıxarmağa çalışırlar.
Hadisənin səbəbləri barədə rəsmi məlumat yoxdur.

