
Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərakeşin dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, səkkiz ailənin yaşadığı iki dördmərtəbəli qonşu binalar uçub.
Xəsarət alanlar Fes universitet xəstəxana mərkəzinə çatdırılıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


