Astarada balıqçılar itkin düşüb – YENİLƏNİB-1

Baş səhifə

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

APA-nın cənub bürosunun xəbərinə görə, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

10.33

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

10.24

Astarada balıqçılar itkin düşüb.

APA-nın cənub bürosunun xəbərinə görə, Astarada iki balıqçının ötən gecə axşam saatlarında dənizdə itkin düşdüyü bildirilir.

Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.