Naxçıvanda elektrik veriliş xətləri üzrə 7 milyon manatlıq işlərə başlanılır

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda elektrik veriliş xətləri üzrə müvafiq işlərə
başlanılır.

Trend-in
məlumatına görə, 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından
çıxan 110 kV-luq elektrik veriliş xətlərinin kabel xətləri ilə
əvəzlənməsi işləri aparılacaq.

Belə ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla
bağlı müvafiq işlərə start verib.




ASC hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum qeyd olunan işlərin 6,998 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.