Çinin cənubunda baş verən yanğında səkkiz nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Çinin cənubundakı Quandun vilayətinin Şantou şəhərində yaşayış
binasında baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb, dörd
nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Xinhua” agentliyi yerli
hakimiyyətə istinadən bildirib.




Məlumata əsasən, yanğın 9 dekabrda yerli vaxtla saat 21:20-də
başlayıb və saat 22:00 radələrində söndürülüb. Yanğın təxminən 150
kvadrat metr ərazini əhatə edib. Bütün yaralananlar xəstəxanaya
aparılıb və onlara tibbi yardım göstərilib.

Hadisənin səbəbləri araşdırılır.