“SpaceX” ABŞ-nin Hərbi Kosmik Milli Kəşfiyyat İdarəsinin ehtiyacları üçün peykləri olan “Falcon 9” raket daşıyıcısını işə salıb.
“Report”un məlumatına görə, buraxılış şirkətin “X”dəki səhifəsində yayımlanıb.
Raket yerli vaxtla saat 14:16-da (Bakı vaxtı ilə saat 23:16) Florida ştatının Kanaveral burnundan qalxıb. Uçuşdan bir neçə dəqiqə sonra “Falcon 9″un birinci mərhələsi uğurla yerə enib. Bu texnologiya “SpaceX”ə buraxılış xərclərini azaltmağa imkan verir.
NROL-77 missiyası “SpaceX”in bu il Hərbi Kosmik Milli Kəşfiyyat İdarəsi üçün üçüncü buraxılış olub.
ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən agentliyin fəaliyyəti olduqca məxfi saxlanılır. Peyklərin parametrləri və təsvirləri açıqlanmır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

