
Bakı. Trend:
Bu gün Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü cənab Boris Tadiç ilə
səmimi və məhsuldar görüş keçirdik.
Trend xəbər verir ki, bu
barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına (WUF13Azerbaijan) hazırlıq məsələlərini müzakirə
edərək, Mərkəzin Forumda iştirakının əhəmiyyətini xüsusi ilə
vurğuladıq.
Eyni zamanda qarşıdakı tədbirlər, o cümlədən 15-16 yanvar
2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllik
Toplantısı və bu çərçivədə mümkün birgə təşəbbüslər və əməkdaşlıq
barədə səmimi fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd
olunub.

