İki maşın toqquşdu – 4 yaralı var

Baş səhifə

Dekabrın 9-u axşam saatlarında Qusar rayonunun Hil kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “ZİL” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir, onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.