Zelenski Baydendən 350 milyard dollar alsa da, ölkəsinin təxminən 25 faizini itirib – Tramp

Baş səhifə

Bakı. Trend:

Ukrayna lideri Co Baydendən 350 milyard dollar almağa nail olsa
da, nəticədə ölkəsinin təxminən 25 faizini itirdi.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp
“Politico”ya müsahibəsində söyləyib.

Trampın sözlərinə görə, bu, Ukraynanın təxminən 25%-ni
itirməsinə səbəb olub.




“O (Zelenski – red.) möhtəşəm satıcıdır. Mən onu P.T. Barnum
adlandırıram. Siz bilirsiniz P.T. Barnum kimdir, elə deyilmi?
Dünyanın ən yaxşılarından biridir. O, hər hansı bir məhsulu
istənilən vaxt sata bilərdi. Onun ifadəsi belə idi: “Mən hər hansı
bir məhsulu hər an sata bilərəm”. Və bu həqiqət idi. O, deyirdi ki,
işləyib-işləməməsi önəmli deyil”, – Tramp deyib.

Zelenskini Barnumla müqayisə edən ABŞ Prezidenti əlavə edib ki,
Ukrayna lideri “korrupsiyaya bulaşmış Co Baydendən 350 milyard
dollar almağa nail olub”.