
Çexiyada yeni Baş nazir təyin olunub.
APA “Reuters”ə istinadən xəbər verir ki, ölkə prezidenti Petr Pavel “ANO” partiyasının lideri, milyarder Andrej Babisi Baş nazir təyin edib.
Qeyd edək ki, “ANO” partiyası Çexiyada 3-4 oktyabr tarixlərində keçirilən parlament seçkilərində qalib gəlib.

