Çuvaşiyada PUA hücumundan doqquz nəfər zərər çəkib

Baş səhifə
Çuvaşiyada PUA hücumundan doqquz nəfər zərər çəkib

RusiyanIın Çuvaş Respublikasının paytaxtı Çeboksarıya Pilotsuz Uçuş Aparatı (PUA) hücumu nəticəsində doqquz nəfər zərər çəkib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verib ki, bu barədə Çuvaşiyanın vitse-qubernatoru Vladimir Stepanov bildirib.

“Zərərçəkənlərin hamısı həkim nəzarəti altındadır, onlara zəruri tibbi yardımlar göstərilir. Həkim və psixoloqların da cəlb olunduğu müvəqqəti yerləşmə məntəqəsi fəaliyyətini məktəbdə davam etdirir”, – V.Stepanov deyib.

Çeboksarının bəzi küçələrində hərəkət məhdudiyyəti tətbiq olunub.