Hindistan Neft Korporasiyası Azərbaycanla mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

“Indian Oil Corporation” (Hindistan Neft Korporasiyası)
Azərbaycanla mümkün əməkdaşlıq potensialını nəzərdən keçirir.

Bunu Hindistan Neft Korporasiyasının (Indian Oil Corporation)
layihələr üzrə baş meneceri Trinat Saho Bakıda keçirilən “Asset
Integrity & Corrosion and Coatings Conference” tədbiri çərçivəsində
Trend
açıqlamasında deyib.

O bildirib ki, “Indian Oil” şirkətində həm də integritet üzrə
rəhbər vəzifəsini daşıyır və burada əldə etdiyi təcrübəni bölüşmək
niyyətindədir. Baş menecer, konfrans zamanı karbon kompozitləri və
digər innovativ məhsulların nümayiş olunduğu stendləri də izləyib
və bu məhsulların öz təşkilatında istifadəsini düşünəcəyini
söyləyib.

Saho həmçinin Azərbaycandakı şirkətlərlə əməkdaşlıq imkanlarını
da dəyərləndirib.




“Yeni məhsullar və texnologiyalarla tanış olduqdan sonra fikir
mübadiləsi aparmaq niyyətindəyik. Buradakı məhsullar çox yenidir.
Görək ideyalarımızı necə dəyişə və əməkdaşlıq imkanlarını araşdıra
bilərik”, – deyə o əlavə edib.

“Ümumilikdə, tədbir çərçivəsində Azərbaycanın neft-qaz sektoru
üzrə təcrübələrindən faydalanmaq niyyətindəyik. Eyni zamanda öz
təcrübələrimizi və yeni layihələrimizi də təqdim etməyə və müvafiq
əməkdaşlığa hazırıq”, – şirkət rəsmisi vurğulayıb.

Layihələr üzrə baş menecer yekunda tədbirlə bağlı
təəssüratlarını da bölüşüb: “Konfrans çox peşəkar şəkildə təşkil
olunub və proqram çox faydalıdır. Konfrans çox gözəl keçir.
Proqramlar çox yaxşıdır. Açılış mərasiminə qatıldım və çox xoş
təəssürat aldım. Proqram broşurasını incələdikdə gördüm ki, çox
əhatəli və dərin müzakirələr aparılacaq. Tədbirin təşkili diqqətlə
hazırlanıb”.