DİN-dən kibercinayətkarlıqla bağlı XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə
halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum
şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin
yaranmasına səbəb olur.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.




“CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus
digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də
kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul
vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti
oğurlana bilər.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,
sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil
üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə
edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə
verməyin, təhlükə realdır”, – DİN-in məlumatında qeyd olunub.