Prezident İlham Əliyev: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

Baş səhifə

Bratislava. Trend:

Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru
kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz
birinci yerdəyik.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu
barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini
ilə mətbuata bəyanatında bildirib.

“Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar
əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına
Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün
olacaqdır”, – dyeə dövlətimizin başçısı əlavə edib.