
Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü,
Serbiyanın sabiq prezidenti Boris Tadiç Banqladeş səfəri
çərçivəsində ölkənin Baş müşaviri, Nobel mükafatı laureatı
Professor Məhəmməd Yunusla görüşüb.
Trend xəbər verir ki, görüşdə
tərəflər arasında mövcud əməkdaşlıq, birgə təşəbbüslər və gələcək
planlar müzakirə olunub.
Mərkəz Professor Yunusla uzunmüddətli tərəfdaşlığı yüksək
qiymətləndirir və qarşıdakı dövrdə əməkdaşlığın genişlənməsini
önəmli hesab edir.
Həmçinin Banqladeşdə aparılan sosial-iqtisadi islahatlar və
onların dayanıqlı inkişaf üçün əhəmiyyəti barədə fikir mübadiləsi
aparılıb. Mərkəz bu prosesləri dəstəklədiyini və gələcək
əməkdaşlığa açıq olduğunu ifadə edib.


