Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü
saxlanılıb.

Trend-in
məlumatına görə, müayinə zamanı həmin şəxsin narkotik vasitənin
təsiri altında olduğu məlum olub.




Belə ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “BMW”
markalı nəqliyyat vasitəsinin sürücüsü R.Rəşidov yol hərəkəti
qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

R.Rəşidovun barəsində protokol tərtib olunaraq baxılması üçün
məhkəməyə göndərilib.