Məhsulun dərman vasitələri ilə eyni tərkibli olub-olmamasına dair ekspertiza aparılacaq

Baş səhifə

Bakı. Trend:

Nazirlər Kabinetinin “Bioloji fəallığa malik qida əlavələrinin
ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”
Qərarında dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik
Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs
arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə
bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi (bu barədə qəbz
təqdim edilməklə), habelə nümunələrin təqdim edilməsi barədə Qida
Təhlükəsizliyi Agentliyinə məlumat verildikdən sonra məhsulun
dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasına
dair ekspertiza 15 (on beş) iş günü müddətində həyata
keçiriləcək.




Ekspertiza rəyi Nazirlik tərəfindən Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə Agentliyə ötürüləcək.

Ekspertiza rəyinin verilməsi üçün nəzərdə tutulan müddət
qeydiyyatın aparılması ilə bağlı müddətə daxil edilməyəcək.