Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir – Səfir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən
çox sənədi ehtiva edir.

Trend xəbər verir
ki, bunu bu gün Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç
Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının
30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr
olunmuş beynəlxalq konfransın gedişində deyib.

“Qanunvericilərin qarşılıqlı fəaliyyəti qanunvericiliyin
harmonizasiya olunmasının və artıq 170-dən çox sənəddən ibarət
ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının
genişləndirilməsinin əsasını təşkil edir. Dövlət quruculuğunun
təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi qarşılıqlı
potensialımızı daha da gücləndirir”, – səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Belarus dövlətçiliyinin
inkişafı və onların məqsədləri bir-birinə oxşardır.

“Konstitusiyalarımızda xalqın hakimiyyətin yeganə mənbəyi olduğu
bəyan edilir, unitar dövlət quruluşu, güclü prezident idarəetmə
forması, insanın mənafeyinə xidmət edən sosial-iqtisadi siyasət
təsbit olunur”, – deyə D. Pineviç qeyd edib.