Nazir müavini: “Süni intellektin inkişafı üçün infrastruktur lazımdır”

Baş səhifə
İKT

  • 08 dekabr, 2025
  • 16:10
Nazir müavini: Süni intellektin inkişafı üçün infrastruktur lazımdır

Süni intellektin inkişafı üçün mütləq şəkildə məlumat və onun işlənilməsi üçün infrastruktur lazımdır.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, hər hansı ölkədə süni intellektin yaradılması və inkişafı ilə bağlı danışarkən iki əsas məqamı nəzərə almaq mütləq vacibdir: “Hazırda dünyada 50-yə yaxın ölkədə süni intellektin inkişafı ilə bağlı dövlət proqramları və strategiyaları qəbul olunub. Birinci növbədə süni intellektin inkişafı üçün mütləq şəkildə məlumat (data) lazımdır. Bu datanın işlənilməsi üçün infrastruktur lazımdır”.

Nazir müavini qeyd edib ki, ikinci məsələ, həm bu data və infrastrukturu işlədə biləcək insanların mövcudluğudur: “Buna görə biz bu prioritet istiqamətlərin məhz bu iki amil ətrafında inkişafına xüsusi diqqət edirik”.