Sumqayıtda daha 188 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır

Baş səhifə

Bakı.Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə
kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində
yerləşən yaşayış kompleksində 188 yeni, tam təmirli mənzilləri
vətəndaşlara təqdim edir.

Trend xəbər
verir ki, bu barədə Yaşayış sahəsi İpoteka və Kredit Zəmanət
Fonduməlumat yayıb.

Bildirilib ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq
ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 15.12.2025-ci il tarixində saat
15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış
sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola
bilərlər.




Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət
İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron
İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi
qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və
rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi
(www.mcgf.gov.az) və rəsmi Youtube kanalından
(https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin
“1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi
çərçivəsində 8795 kirayə müqaviləsi bağlanılıb.