Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!

Baş səhifə

Bakı. Trend:

Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” stimullaşdırıcı
lotereyasında bu axşam daha bir qalib müəyyənləşəcək. Lotereyanın
7-ci “Haval H6 Ultra” avtomobilinin sahibi elə bu gün açıqlanacaq.
Bununla yanaşı, üç “Nar” abunəçisi də “Xiaomi Redmi Note 14 Pro”
smartfonunu qazanmaq şansı əldə edir.

Qeyd edək ki, qaliblərin adları tam təsadüfi seçim əsasında
müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu
lotereyada ilin sonuna qədər “Nar” abunəçiləri hər gün “Xiaomi
Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili
və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana
bilər.

Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün
“Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran
şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik
şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq
dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili
danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12
şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini
yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket
aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq
ehtimalını artırır.




Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını
“Nar+” tətbiqi və nar.az veb
səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə
bilərlər.

Daha ətraflı məlumat üçün: lotereya.nar.az/

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən
Nar” son 6 il
ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda
lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl
şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil
operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və
yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif
internet
paketləri
və müasir eSim
texnologiyası təqdim edir.